Xəzər Xəbər

Üsamə bin Ladenin oğlu öldürüldü - Amerika kəşfiyyatı

Dünya | 11:30 • 1 Avqust 2019
Üsamə bin Ladenin oğlu öldürüldü - Amerika kəşfiyyatı

ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.

Bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.

Hələlik Amerika hakimiyyətinin onun ölümünü təsdiq edib-etməyəcəyi məlum deyil. Amerika məmurları Üsamə bin Ladenin oğlunun hara öldüyünü, həmçinin ölümün ABŞ xüsusi xidmət orqanı ilə əlaqəsinin olub-olmadığını dəqiqləşdirməyiblər. Ağ Ev informasiyanı şərh etməyib.

Xatırladaq ki, "Əl-Qaidə” 2018-ci ildə Həmzənin son ictimai müraciətini yayıb. O, müraciətində Səudiyyə Ərəbistanını hədələyir və ölkə sakinlərini üsyana çağırırdı.

ABŞ bu ilin fevralında Həmzənin yerini müəyyən etməyə imkan verəcək informasiya üçün bir milyon dollar məbləğində mükafat təyin etmişdi.

Həmzənin 1989-cu ildə doğulduğu təxmin edilir. 2018-ci ilin yayında bildirilirdi ki, o, ABŞ-da 2001-ci 11 sentyabr tarixində törədilən terror aktının icraçısının qızı ilə evlənib. Amerika kəşfiyyatı hesab edirdi ki, Həmzə atasının ölümündən sonra (2011-ci il –red.)"Əl-Qaidə”yə rəhbərlik etməyə hazırlaşır./publika.az

Xəbər lenti