Xəzər Xəbər

Tramp Putinə yardım təklif etdi

Dünya | 10:53 • 1 Avqust 2019
Tramp Putinə yardım təklif etdi

Rusiya preizdenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

TASS agentliyi xəbər verir ki, Amerika tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Ağ Evin başçısı Rusiyaya meşə yanğınlarına qarşı mübarizədə kömək etməyi təklif edib.

Rusiya prezidenti həmkarına diqqətli münasibət və kömək təklifi üçün səmimi təşəkkürünü bildirib. Putin, zərurət olduqda Trampın təklifindən faydalanacağını əlavə edib və Sibirdə yanğınlarla mübarizə üçün güclü bir hava qrupunun qurulduğunu söyləyib.

Bundan başqa, danışığın gedişatında tərəflər əlaqələri həm telefon, həm də şəxsi görüşlər çərçivəsində davam etdirməyə razılaşıblar./publika.az

Xəbər lenti