Xəzər Xəbər

Şamanlar Sibirdəki meşə yanğınlarını söndürmək üçün ayin keçirəcəklər

Dünya | 16:51 • 31 İyul 2019
Şamanlar Sibirdəki meşə yanğınlarını söndürmək üçün ayin keçirəcəklər

Şamanlar Sibirintayqa meşələrindəki yanğını söndürmək üçünyağış ayinikeçirəcəklər.

TASS xəbər verir ki, 40-a yaxın şaman bu məqsədlə avqustun 4-də Olxon adasında toplaşacaq.

Buryatiya, Zabaykalskvə İrkutsk bölgələrindən olan şamanlar hesab edirlər ki, ayinyağış yağmasına kömək edəcək.

Bu gün səhər saatlarına olan məlumata görə, Rusiyada ümumi sahəsi 100 min hektardan çox olan 147 meşə yanğınının söndürülməsi istiqamətində iş aparılır.

Yanğınların böyük hissəsi Sibirdə - İrkutskvilayəti və Krasnoyarsk diyarı ərazisində qeydə alınıb.

Xəbər lenti