Xəzər Xəbər

Avtomobilin şüşəsinə elan qoyan şəxslər CƏRİMƏLƏNƏCƏKLƏR

Dünya | 16:27 • 31 İyul 2019
Avtomobilin şüşəsinə elan qoyan şəxslər

İzmirin Qarşıyaxa rayonunda park edilmiş nəqliyyat vasitələrinin şüşələrinə elan, buklet və ya vizitka qoyan şəxslər cərimələnəcəklər.


Qarşıyaxa Bələdiyyəsi sözügedən əməli törədən şəxsləri Qəbahətlər Qanununa görə 320 türk lirəsi (97 manat) məbləğində cəzalandıracaq.


Əgər həmin əməl yenidən təkrarlanarsa, cərimə 9 min 898 türk lirəsinə (3025 manat) yüksələcək.

///avtosfer.az

Xəbər lenti