Xəzər Xəbər

Şimali Koreyadan dünyanı təşvişə salan sınaqlar: Yapon dənizində...

Dünya | 11:23 • 31 İyul 2019
Şimali Koreyadan dünyanı təşvişə salan sınaqlar:

Şimali Koreya yenidən ballistik raket sınaqlarına başlayıb.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi ölkənin şərq sahillərindəki Hodo yarımadasında iki ballistik raket sınağının keçirildiyini açıqlayıb.

250 km məsafə qət edən raketlər 30 km hündürlükdən uçub və daha sonra Yapon dənizinə düşüb.

Rəsmi Pxençan xəbərlərlə bağlı açıqlama verməyib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı bu raketlərin əvvəlki modellərdən fərqli olduğunu bildirib./publika.az

Xəbər lenti