Xəzər Xəbər

Tramp SNV-3 müqaviləsi üzrə planından danışdı

Dünya | 11:13 • 31 İyul 2019
Tramp SNV-3 müqaviləsi üzrə planından danışdı

ABŞ silahlar üzərində nəzarət sahəsində Rusiya ilə razılaşmanın əldə edilməsinə bel bağlayır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "C-Span” telekanalına müsahibəsində bildirib.

"Mən düşünürəm ki, biz Rusiyayla sazişi bağlayacağıq”, - Ağ Evin başçısı deyib.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, 2021-ci ildə müddəti başa çatan Strateji hücum silahlarının ixtisarı haqqında müqavilənin (SNV-3) müddəti çətin ki, uzadılacaq, çünki, onun çatışmazlıqları var. O qeyd edib ki, ABŞ bu sferada Rusiya və Çinin daxil olduğu yeni razılaşmanın əldə edilməsini istəyir./publika.az

Xəbər lenti