Xəzər Xəbər

Məkkədə zəvvarların qaldığı hoteldə YANĞIN

Dünya | 14:13 • 30 İyul 2019
Məkkədə zəvvarların qaldığı hoteldə YANĞIN

Səudiyyə Ərəbistanının Məkkə şəhərində fələstinli zəvvarların qaldığı hoteldə yanğın olub.

Hotelin qonaqları təcili şəkildə təxliyə edilib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

İlkin məlumata görə, yanğın qısa qapanma nəticəsində baş verib. Yanğın söndürülüb və qonaqların içəri girməsinə icazə verilib.

Qeyd edək ki, builki Həcc ziyarəti üçün Məkkəyə 1 milyona yaxın müsəlman gedib./publika.az

Xəbər lenti