Xəzər Xəbər

Çində daşqınlar 14 nəfərin həyatına son qoydu

Dünya | 12:22 • 30 İyul 2019
Çində daşqınlar 14 nəfərin həyatına son qoydu

Çinin cənub-qərbindəki Yunnan əyalətində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 14 nəfər həlak olub.

Son dörd gün ərzində qeydə alınmış hadisələr nəticəsində 31 mindən çox sakin fəlakət zonasında qalıb.

İki nəfərin itkin düşdüyü hesab olunur. 100-dən çox sakin təxliyə edilib.

Ümumilikdə, 1,3 hektar əkin sahəsinə ziyan dəyib, 100-dən çox yaşayış evi dağılıb.

Sinoptiklərin proqnozlarına əsasən, aramsız yağışlar iyulun 31-dək davam edəcək./Teleqraf.com

Xəbər lenti