Xəzər Xəbər

Türkiyə ABŞ-ın qarşısına elə tələblər qoydu ki... SON XƏBƏRDARLIQ

Dünya | 11:13 • 30 İyul 2019
Türkiyə ABŞ-ın qarşısına elə tələblər qoydu ki...

Türkiyənin müdafiə naziri Hulusi Akarla amerikalı həmkarı Mark Esper arasında telefon söhbəti olub.

Nazirlər Suriyada Fərat çayının şərqi və bu ölkənin şimalında təhlükəsiz bölgənin yaradılması mövzularını müzakirə ediblər.

Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Akar Ankaranın ABŞ-ın PKK/YPG terror təşkilatına dəstəyinin tamamilə dayandırılmalı olduğunu, Türkiyənin cənubunda bir terror dəhlizinin qurulmasına icazə verilməyəcəyini, Türkiyənin təhlükəsiz bölgədə nəzarəti təmin edə biləcək tək güc olduğunu, təhlükəsiz bölgədə olan YPG/PKK-dan bütün silahların toplanmalı olduğunu, PKK/YPG-nin təhlükəsiz bölgədən tamamilə çıxarılmalı olduğunu, təhlükəsiz zonanın 30-40 kilometr dərinlikdə qurulmalı olduğunu, PKK/YPG tərəfindən bölgə inşa edilən bütün tunellər və istehkamların məhv edilməsinin vacibliyini həmkarının diqqətinə çatdırıb.

Hulusi Akar Pentaqonun başçısına bildirib ki, təhlükəsiz zonanın yaradılması mövzusunda ABŞ-la razılıq əldə edilməsə, bunu Türkiyə təkbaşına edəcək.

Telefon danışığında həmçinin, F-35 proqramı ətrafındakı vəziyyət müzakirə edilib. Hulusi Akar Türkiyənin qırıcıların yalnız müştərisi olmadığını, eyni zamanda sərmayəçisi və ortağı olduğunu, F-35 layihəsinin öz yolunda irəliləməsinin vacibliyini xatırladıb./publika.az

Xəbər lenti