İran və Rusiya Bəsrə körfəzi və Hörmüz boğazında birgə hərbi təlimlər keçirəcək.
IRNA xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin admiralı Hüseyn Xanzadə deyib.
Admiral bildirib ki, birgə hərbi təlimlər Hind okeanı və Mərcan dənizini də əhatə edəcək.
Təlimlər bu ilin sonunadək baş tutacaq.
Qeyd edək ki, İran sözügedən sularda ABŞ və İngiltərə ilə gərginlik yaşayır./publika.az