Xəzər Xəbər

Xabarovskda çadır düşərgəsində yanğın olub, ölən və yaralananlar var

Dünya | 11:58 • 23 İyul 2019
Xabarovskda çadır düşərgəsində yanğın olub, ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında "Xoldomi” çadır düşərgəsində yanğın nəticəsində bir uşaq ölüb, 10 nəfər yaralanıb.


AZƏRTAC xəbər verir ki, yaralı uşaqlardan üçü koma vəziyyətindədir. Yanğın 2,4 kvadratmetr sahəni əhatə edib. Düşərgədə olan 26 çadırdan 20-si yanıb. Ehtimala görə, yanğın çadırlarda qoyulmuş qızdırıcı qurğularda yaranmış nasazlıq səbəbindən baş verib.


Hadisə ilə bağlı təhqiqat aparılır.

Xəbər lenti