Xəzər Xəbər

Ermənistanda təhlükəli AES-in təmirə dayandırılması müddəti təxirə salınıb

Dünya | 19:09 • 22 İyul 2019
Ermənistanda təhlükəli AES-in təmirə dayandırılması müddəti təxirə salınıb

Ermənistanda ekoloji cəhətdən təhlükəli "Metsamor” AES-in təmirə dayandırılması müddəti təxirə salınıb. 


Xezerxeber.az xəbər verir ki, bu məlumatı qəzetə müsahibəsində "Rusatom Servis” şirkətinin baş direktoru Yevgeni Saltıkov verib.


Y.Saltıkov qeyd edib ki, tezliklə Rusiya və Ermənistanın Maliyyə nazirlikləri Yerevana bu məqsədlər verilən kreditlərin müddətinin uzadılmasını müzakirə edəcəklər. "Metsamor” AES-in əsaslı təmirini həyata keçirəcək olan bu şirkət Rusiya hökumətindən 15 il müddətinə alacağı 270 milyon dollaradək kredit və 30 milyon dollar qrant hesabına fəaliyyət göstərəcək. Bununla bağlı 2014-cü ildə saziş imzalansa da, hələ vəsaitin verilməsi və təmirə başlanılması gerçəkləşməyib. Belə ki, AES-in işinin 2019-cu ilin sonunadək dayandırılması nəzərdə tutulurdu, lakin bu plan yenə də təxirə salınıb. Qeyd olunur ki, bu stansiyada generatorların turbininin dəyişdirilməsi, nüvə reaktorunun metal divarlarının möhkəmləndirilməsi işləri aparılmalıdır. "Metsamor” AES-də ikinci enerji blokunun da istismar müddəti 2016-cı ildə başa çatıb. Artıq köhnəlmiş AES təkcə Ermənistana deyil, bütün regiona ciddi təhlükə mənbəyinə çevrilib.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti