Xəzər Xəbər

Efiopiyada polislə etirazçılar arasında toqquşma: ən azı 25 nəfər ölüb

Dünya | 21:54 • 22 İyul 2019
Efiopiyada polislə etirazçılar arasında toqquşma: ən azı 25 nəfər ölüb

Efiopiyanın cənubunda polislə etirazçılar arasında baş vermiş toqquşmada ən azı 25 nəfərin öldüyü bildirilir. 


Xezerxeber.az BBC telekanalının saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin xəstəxanalarındakı mənbələr yayıblar.


Məlumata görə, polis Sidama bölgəsində etiraz aksiyası keçirən insanlara atəş açıb. Aksiyada eyni adlı etnik qrup ölkənin daxilində onlara federal status verilməsini tələb edib. Etirazçılar bu məsələ ilə əlaqədar referendum keçiriləcəyinə dair hökumətin vədinin yerinə yetirilmədiyini bildiriblər.


Bildirilir ki, Sidama Efiopiyanın beşinci etnik qrupudur və ölkə əhalisinin cəmi 4 faizini təşkil edir. Qalan dörd etnik qrup etnik zəmində formalaşmış federal sistemin tərkibinə daxildir. BBC-nin xəbərində qeyd olunur ki, Efiopiyanın qeyri-hökumət təşkilatları və müxalifət qrupları ölənlərin sayının daha çox – 60 nəfər olduğunu bildirirlər. Lakin rəsmi mənbələr bunu təkzib edir və Havassa şəhərində cəmi dörd nəfərin öldüyünü, 26 adamın isə yaralandığını qeyd edirlər.

Xəbər lenti