Xəzər Xəbər

51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığı tapılıb

Dünya | 21:35 • 22 İyul 2019
51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığı tapılıb

Fransa Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış qrupu 51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığını tapıb. 


Xezerxeber.az BBC telekanalının saytına istinadən xəbər verir ki, bu məlumatı Fransanın Müdafiə naziri Florens Parli özünün Twitter səhifəsində yayıb. O, hərbi sualtı qayığın tapıldığı yerin relyefini və texniki xarakteristikasını da paylaşıb.


Qeyd olunub ki, 1968-ci ilin yanvarında Fransanın cənubundakı Tulon limanının yaxınlığında yoxa çıxan "Minevre” adlanan bu sualtı qayığın göyərtəsində 52 dənizçi olub. Onun axtarışı uzun illər davam edib, lakin heç bir nəticə verməyib. Bu ilin əvvəlində xanım Parli sualtı qayığın axtarışının yenidən başlanacağı barədə bəyanat verib və itkin düşmüş dənizçilərin ailələrini də bu prosesdə iştirak etməyə dəvət edib. O, iyulun 22-də özünün Twitter səhifəsində yazıb: "Biz indicə "Minevre”nin tapılması xəbərini aldıq. Bu, böyük uğurdur. Düşünürəm ki, bu, itkin düşmüş dənizçilərin uzun illərdir yaxınlarını gözləyən ailələri üçün də mühüm xəbərdir”.


Nazirin məlumatına görə, axtarış qrupu yeni texnologiyaların köməyi ilə sualtı qayığın qəzaya uğradığı yerin ətrafındakı əraziləri təhlil edib. ABŞ-ın "Ocean Discovery” şirkətinə məxsus olan sualtı gəminin köməyi ilə axtarışlara başlanılıb. Yoxa çıxmış sualtı qayıq Tulon limanından 45 kilometr aralıda 2,370 metr məsafədə aşkar olunub.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti