Xəzər Xəbər

Somalidə terror aktı nəticəsində ən azı 10 nəfər ölüb

Dünya | 15:08 • 22 İyul 2019
Somalidə terror aktı nəticəsində ən azı 10 nəfər ölüb

Somalidə avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində ən azı 10 nəfər ölüb, onlarla adam yaralanıb. 


Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, terror aktı paytaxt Moqadişoda polis-nəzarət məntəqəsinin yaxınlığında törədilib.


Yerli televiziya kanalları partlayışın insanların sıx olduğu yerə, şəhərin mərkəzində baş verdiyini bildirib. Xəbərlərdə ölü sayının daha da arta biləcəyi qeyd olunur. İnsidentlə bağlı məsuliyyəti heç bir silahlı qruplaşma öz üzərinə götürməyib. Polis və hərbçilər terrorçuları yaxalamaq üçün əməliyyat aparırlar.

Xəbər lenti