Xəzər Xəbər

Maykl Pens: Amerika astronavtları 2024-cü ildə Aya qayıdacaqlar

Dünya | 14:21 • 22 İyul 2019
Maykl Pens: Amerika astronavtları 2024-cü ildə Aya qayıdacaqlar

Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens ilk insanın Ayın səthinə enməsinin 50 illiyi ilə bağlı keçirilən tədbirdə bildirib ki, Amerika astronavtları Marsa uçmaq məqsədilə kosmik baza yaratmaq üçün 2024-cü ildə Yerin təbii peykinə qayıdacaqlar.


Xezerxeber.az xəbər verir ki, Pens deyib: "Birləşmiş Ştatlar 2024-cü ildə Aya astronavtları göndərməkdə və Yerin təbii peykinin səthində uzunmüddətli, dayanıqlı baza qurmaqda qətiyyətlidir. Oradan Marsa pilotlu uçuşları həyata keçirmək mümkün olacaq”. Onun sözlərinə görə, uçuşlar "Space Launch System” (SLS) vasitəsilə "Orion” yeni nəsil kosmik gəmisində yerinə yetiriləcək. Pens əlavə edib ki, ABŞ-ın əvvəlki administrasiyaları kosmosun fəthi məsələsinə yetərincə vəsait ayırmayıb və Tramp hökuməti onların bu səhvini təkrar etməyəcək.


Birləşmiş Ştatların vitse-prezidenti əlavə edib ki, əgər "Orion” и SLS-i hazırlayan "Lockheed Martin” и "Boeing” şirkətləri astronavtların Aya və Marsa uçuşlarını təmin edə bilməsə, hökumət digər şirkətlərə, məsələn, "SpaceX” firmasına müraciət edəcək. Sonuncunun sahibi İlon Mask iyulun 21-də bəyan edib ki, onun şirkəti artıq iki ildən sonra Aya pilotlu missiya göndərəcək.


ABŞ Prezidenti Donald Tramp astronavtların Aya və Marsa uçuşunu təşkil etmək üçün NASA-ya əlavə 1,6 milyard dollar vəsait ayırıb. Amerika missiyasının Ayın səthinə enməsi 2024-cü il, Marsa uçuş isə 2033-cü il üçün nəzərdə tutulur.

Xəbər lenti