Xəzər Xəbər

İranda son 3 ayda yol-nəqliyyat hadisələrində 4129 nəfər həyatını itirib

Dünya | 12:47 • 22 İyul 2019
İranda son 3 ayda yol-nəqliyyat hadisələrində 4129 nəfər həyatını itirib

İranda son 3 ayda yol-nəqliyyat hadisələrində 4129 nəfər həyatını itirib.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Yol Polisi İdarəsinin rəhbəri Seyid Kamal Hadifər deyib.


Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin 80 faizi sürət, qeyri-qanuni ötmə, yorğunluq, yuxusuzluq və qarşıdan gələn nəqliyyat vasitəsinə diqqətsizlikdən baş verib.


K.Hadifər deyib ki, ötən il yol-nəqliyyat qəzalarında 17 min 318 nəfər həyatını itirib, 365 min nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti