Xəzər Xəbər

Ukrayna polisi parlament seçkisi ilə bağlı 33 cinayət işi açıb

Dünya | 19:24 • 21 İyul 2019
Ukrayna polisi parlament seçkisi ilə bağlı 33 cinayət işi açıb

Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı seçki qanunvericiliyinin pozulmasına dair 2000-ə yaxın məlumat daxil olub.


AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisi məlumat yayıb.


Bu şikayətlərin araşdırılması nəticəsində 41 administrativ protokol və 33 cinayət işi açılıb. Ən çox pozuntular Donetsk, Dnepropetrovsk, Odessa vilayətlərində qeydə alınıb.


Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb və axşam saat 20:00-da bağlanacaq.


Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.


Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti