Xəzər Xəbər

Nazir müavini İrana məxsus PUA-nın vurulmasını təkzib edib

Dünya | 10:30 • 19 İyul 2019
Nazir müavini İrana məxsus PUA-nın vurulmasını təkzib edib

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi İrana məxsus Pilotsuz Uçan Aparatın (PUA) vurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


APA-nın Tehran bürosunun məlumatına görə, A. Əraqçi "Tvitter” səhifəsində Fars körfəzində İrana məxsus PUA-nın vurulmasını təkzib edib.


"Bizim nə Hörmüz boğazında, nə də ki, başqa bir yerdə Pilotsuz Uçan Aparatımızı itirmişik. Narahatıq ki "USS Boxer” gəmisi səhvən öz PUA-sını vurmuş olar”.


Qeyd edək ki, ABŞ donanmasının heyəti İranın PUA-sına atəş açıb.


Bu barədə ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. D. Tramp bildirib ki, ABŞ dənizçiləri gəmiyə yaxınlaşan İrana məxsus PUA-nı özlərini müdafiə etmək məqsədilə vurub, atəş nəticəsində PUA dərhal sıradan çıxarılıb.

Xəbər lenti