Xəzər Xəbər

Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır

Dünya | 14:47 • 18 İyul 2019
Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır

Ərəb Dövlətləri Liqası (ƏDL) Sudanda keçid Hərbi Şurası və "Azadlıq və dəyişikliklər ugrunda qüvvələr” birliyi arasında imzalanmış sazişi alqışlayır.


AZƏRTAC xəbər verir ki, Ərəb Dövlətləri Liqasının bununla bağlı bəyanatında bu razılaşmanın hakimiyyət orqanlarının formalaşmasına yol açan sənəd kimi dəstəkləndiyi vurğulanır. Milli barışığın Sudan xalqının gələcəyi naminə atılmış müsbət addım olduğu qeyd edilir.


Bəyanatda, həmçinin qeyd olunur ki, ƏDL-ı Sudana hakimiyyət orqanlarının formalaşması məsələsində və ölkədə təhlükəsizliyin, sabitliyin və milli birliyin qorunub saxlanılmasında dəstəyini davam etdirəcək.

Xəbər lenti