Xəzər Xəbər

Mayk Pompeo Yaxın Şərqdəki qeyri-sabitliyin yaşanmasında İranı qınayıb

Dünya | 09:05 • 17 İyul 2019
Mayk Pompeo Yaxın Şərqdəki qeyri-sabitliyin yaşanmasında İranı qınayıb

ABŞ Dövlət katibi Mayk Pompeo yerli televiziyalardan birinə verdiyi açıqlamasında Yaxın Şərqdəki vəziyyət, xsusilə də İranla bağlı fikirlər səsləndirib.


Xezerxeber.az "İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, M.Pompeo qeyd edib ki, ilə Yaxın Şərqdəki qeyri-sabitliyin, o cümlədən Fələstin-İsrail münaqişəsinin uzun müddət yaşanmasının səbəbi İranın regionda həyata keçirdiyi siyasətlə bağlıdır.


Dövlət Katibinin sözlərinə görə, bu təhlükəni Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İsrail dövləti kimi, ərəb ölkələri də bu təhlükəni görürlər.


O, əlavə edib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Avropa dövlətləri dəstək verməsə, təsirli olmayacaq.

Xəbər lenti