Xəzər Xəbər

Səudiyyə Ərəbistanı Yəməndəki münaqişənin siyasi yolla həllinin tərəfdarıdır

Dünya | 10:41 • 16 İyul 2019
Səudiyyə Ərəbistanı Yəməndəki münaqişənin siyasi yolla həllinin tərəfdarıdır

Səudiyyə Ərəbistanının Müdafiə nazirinin müavini Xalid bin Salman Al Səud rəsmi Ər-Riyadın Yəməndəki münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu bildirib.


AZƏRTAC xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitslə görüşündən sonra öz "Twitter” səhifəsində yazıb.


Nazir müavini deyib ki, görüş zamanı Krallığın münaqişənin siyasi yolla həllini dəstəklədiyi və husilərin imzalanmış sazişlərə, o cümlədən Stokholmda əldə edilmiş razılaşmalara əməl etməsinin zəruriliyi vurğulanıb.

Xəbər lenti