Xəzər Xəbər

60 saniyədə niyə prezident olmaq istədiklərini AÇIQLADILAR

Dünya | 16:23 • 27 İyun 2019
60 saniyədə niyə prezident olmaq istədiklərini

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin debatları başlayıb.

Türkiyənin NTV televiziyası xəbər verir ki, Demokratlar partiyasından olan 10 namizəd ilk dəfə debatda qarşı-qarşıya gəlib. Mayami şəhərində təşkil olunan debat, NBC televiziyası vasitəsiylə canlı yayımlanıb.

Onlar 60 saniyə ərzində hazırkı prezident Donald Trampa qarşı niyə namizədliyini irəli sürdüklərini və hansı səbəbdən dövlət başçısı olmaq istədiklərini ifadə ediblər. Ardınca debat sual-cavab şəklində davam edib. /Redaktor.az

Xəbər lenti