Xəzər Xəbər

Əkrəm İmamoğlu sərvətini açıqladı: Görün nələri var...

Dünya | 14:44 • 27 İyun 2019
Əkrəm İmamoğlu sərvətini açıqladı:

23 iyunda İstanbul Böyük Şəhər Bələdiyyəsinin Sədri seçilən Əkrəm İmamaoğlunun sərvətini açıqlayıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Ə.İmamoğlunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ə.İmamoğlunun 4 milyon 841 min TL (835 490 dollar) dəyərində 17 daşınmaz əmlakı mövcuddur.


İstifadə etdiyi "Jeep” markalı avtomobilin qiyməti isə 255 min TL-dir (43 836 dollar). Bundan əlavə İmamoğlunun bank hesabında 1 milyon 397 min TL (240 min dollar) nəğd pulu, 841 min TL (145 145 dolar) dəyərinədə qızıl və brilliantı var. Ə.İmamoğlunun öz şirkətlərinə isə 3 milyon 85 min TL(532 428 dollar) borcu var.


Xatırladaq ki, İmamoğlu seçkidən öncə sərvətini açıqlayacağını bildirmişdi.

Xəbər lenti