Xəzər Xəbər

Maduronu bu 3 dövlət öldürmək istəyirdi Nazir şok detalları açdı

Dünya | 10:39 • 27 İyun 2019
Maduronu bu 3 dövlət öldürmək istəyirdi

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd həyata keçirilərək yerinə bir generalın gətirilməsi cəhdinin qarşısı alınıb.

"Röyters” agentliyi xəbər verir ki, bu haqda Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges deyib.

Onun sözlərinə görə, dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbsxanada olan general Raul Badueli azad etmək və "Karlota" hərbi bazasına gətirmək istəyiblər.

"Onlar "Karlota" hərbi bazasını ələ keçirmək və Raul Badueli azad edib "Karlota"ya gətirərək canlı yayıma çıxarıb prezident elan etmək istəyirdilər", - nazir deyib.

Nazir bildirib ki, çevriliş cəhdinin 23-24 iyun tarixlərində həyata keçirilməsii planlaşdırılırdı. O, uğursuz cəhdin arxasında ABŞ, Çili və Kolumbiyanın olduğunu vurğulayıb. Xorxe Rodriges planın içində həm aktiv, həm də istefada olan hərbçilərin yer aldığını söyləyib.

Venesuela müxalifətinin lideri Xuan Quaydo dövlət çevrilişinə cəhdin təşkilində özünün iştirakı ilə bağlı ittihamları rədd edib. Xuan Quaydo jurnalistləri ittiham edərək, onları bu ittihamları dəfələrlə təkrarlamaqda qınayıb. O, qeyd edib ki, müxalifətin çağırışı hərbçilərə yönəldilib və bu, konstitusiya çərçivəsindədir./publika.az

Xəbər lenti