ABŞ prezidenti Donald Tramp İrana qarşı "sərt sanksiyalar"ın qüvvəyə minməsi haqqında fərman imzalayıb.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Amerika liderinin özü bildirib.
"Biz təzyiqi gücləndirməyə davam edəcəyik. İran heç vaxt nüvə silahına malik olmamalıdır”, - o deyib.
ABŞ prezidentinin sözlərinə görə, sanksiyaların hədəfi İranın Ali dini lideri (Ayətullah Əli Xamenei – red.) və ölkənin başqa rəhbərlərinin milyardlarla dollara girişə məhrum etməkdən ibarətdir./publika.az