Xəzər Xəbər

"Aeroflot" Rusiya vətəndaşlarını Gürcüstandan çıxarır

Dünya | 16:30 • 22 İyun 2019
"Aeroflot" Rusiya vətəndaşlarını Gürcüstandan çıxarır

Aviaşirkət iyulun 8-dən sonrakı tarixə satılan biletlərin pulunu da qaytaracaq

Rusiyanın "Aeroflot" aviaşirkəti Gürcüstana uçuşların ləğvindən sonra bu ölkədə olan rusiyalıların çıxarılmasına başlayıb. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Aviaşirkət eyni zamanda iyulun 8-dən sonrakı tarixə satılan biletlərə görə pulları da geri qaytarmaq niyyətindədir. Məhz həmin gündən Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağan ediləcək. Rusiya tərəfinin məlumatına görə, müvəqqəti tədbirlər təhlükəsizlik məqsədi ilə qəbul olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, qadağanın ləğvi üçün Gürcüstanda vəziyyət normallaşmalı və Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün istənilən təhdidlər aradan qalxmalıdır.

Xəbər lenti