Xəzər Xəbər

Tramp KXDR-ə qarşı sanksiyaların müddətini uzatdı

Dünya | 11:13 • 22 İyun 2019
Tramp KXDR-ə qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların müddətini daha bir il uzadıb.

"RİA-Novosti” agentliyi xəbər verir ki,Ağ Ev Trampın xəbərdarlığını Konqresə göndərib.

Xəbərdarlıqda bildirilir ki, president 2008, 2010, 2011, 2015 və 2016-cı illərd tətbiq edilmiş sanksiyaların müddətini uzatmağı lazımlı hesab edir. Sanksiyalar xüsusi halda, nüvə materiallarının yayılması və KXDR-in başqa hərəkətlərinə aiddir. ABŞ hesab edir ki, bunlar regionda sabitliyi pozur.

Qeyd edək ki, ABŞ KXDR ilə denuklearizasiya haqqında danışıqlar aparır. Vaşinqton bir neçə dəfə bildirib ki, Şimali Koreyanın tam nüvəsizləşməsinə nail olunmayana kimi, sanksiyalar ləğv edilməyəcək./publika.az

Xəbər lenti