Xəzər Xəbər

“Tramp peşman olacaq” – İran meydan oxudu

Dünya | 15:46 • 21 İyun 2019
“Tramp peşman olacaq” – İran meydan oxudu

"Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın sözlərini ciddiyə almır”.

Bunu İranın milli təhlükəsizlik ali şurasının katibi Əli Şəmxani deyib.

Şəmxani qeyd edib ki, İran indiki vəziyyətdə hücum edən ilk tərəf olmayacaq:

"Tehran heç bir ölkəyə hücum etməyəcək. Lakin hücuma məruz qalacağımız halda, bunu edən peşman olacaq”.

Donald Tramp İran sərhədlərini pozan Pilotsuz Uçan Aparatlarının (PUA) vurulmasının xəta olduğunu deyib.

Amerika başçısı İranın buna görə cavab verəcəyini bildirib./Teleqraf

Xəbər lenti