Xəzər Xəbər

Çavuşoğludan İranda ABŞ açıqlaması: "Təsadüfi deyil..."

Dünya | 15:23 • 21 İyun 2019
Çavuşoğludan İranda ABŞ açıqlaması:

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İranda rəsmi səfərdədir.

Nazir iranlı həmkarı Məhəmməd Cavad Zəriflə bir araya gəlib.

Çavuşoğlu görüşdən sonra ABŞ-ın İranla nüvə sazişindən çəkilməsindən sonrakı prosesləri Avropa dövlətləri və İranla müzakirə etdiklərini bildirib. Bölgədə gərginliyin hər ötən gün bir az da artdığına işarə edən nazir körfəzdə gəmilərlə bağlı baş verən hadisə, İranın ABŞ-a adi PUA-nı məhv etməsi və bu kimi hadisələrin baş verdiyi zamanda İrana səfərinin təsadüfi olmadığını dilə gətirib.

Nazir qeyd edib ki, iranlı həmkarı ilə sanksiyalar məsələsində görüləcək işlərlə bağlı müzakirələr aparıb.

Qeyd edək ki, Türkiyə və İran arasında yaxın müddətdə Karma İqtisadi Komissyası Toplantısı keçiriləcək./publika.az

Xəbər lenti