Xəzər Xəbər

Trampdan İrana MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Sizi vuracağıq”

Dünya | 14:03 • 21 İyun 2019
Trampdan İrana MÜHARİBƏ XƏBƏRDARLIĞI:

ABŞ prezidenti Donald Tramp İrana gizli müharibə mesajı göndərib.

Bu barədə adı açıqlanmayan İran rəsmisi "Röyters” agentliyinə açıqlamasında deyib.

İran rəsmisi bildirib ki, Tramp dünən Oman vasitəsilə Tehrana "sizi vuracağıq” təhdidini çatdırıb.

"Tramp bizə "Sizi vuracağıq” mesajını göndərdi. Dünən Oman vasitəsilə göndərilən mesajda İrana hücum ediləcəyinə dair təhdidlər var”, - İran rəsmisi bildirib.

ABŞ-İran gərginliyi sürətlə artır, hətta Trampın İrana hücum planını bəyəndiyi, lakin son anda təxirə saldığına dair məlumatlar var. Bu gərginliyə Rusiya da münasibət bildirib.

"ABŞ İranla mümkün müharibənin nəticələrini yaxşı düşünməlidir”, - Rusiya XİN-in açıqlamasında deyilir./publika.az

Xəbər lenti