Xəzər Xəbər

Rusiya-Gürcüstan qalmaqalı böyüyür: Federasiya Şurası ruslara çağırış etdi

Dünya | 12:54 • 21 İyun 2019
Rusiya-Gürcüstan qalmaqalı böyüyür:

Gürcüstanda siyasi sabitlik pozulub, ara qarışıb. İnsanlar küçələrə çıxıb. Bu məsələdə Rusiya amili birbaşa rol oynayıb. Çünki insanları rus kommunist deputat Sergey Qavrilovun Gürcüstan parlamentindəki çıxışı qəzəbləndirib.

Sergey Qavrilov

Sergey Qavrilov | RFE/RL

Rusiya vətəndaşlarına emosiyalar soyumayana qədər Gürcüstana getməməyi məsləhət görüb. Federasiya Şurasının sədr müavini Vladimir Cabbarov bu haqda danışıb. O, ruslara risk etməyə ehtiyac olmadığını bildirib. Senatorun fikrincə, yaxın günlərdə ara bir az da qızışacaq.

Vladimir Cabbarov

Vladimir Cabbarov | Foto: wikipedia.org

Tbilisidə etiraz aksiyaları davam edir. Etirazlar başqa şəhərlərə də keçib. Konkret ruslara Gürcüstanda hücum olması haqda məlumatlar yoxdur./Bizimyol.info

Xəbər lenti