Xəzər Xəbər

Husilər Səudiyyənin elektrik stansiyasını vurdu

Dünya | 10:48 • 20 İyun 2019
Husilər Səudiyyənin elektrik stansiyasını vurdu

Yəmənin şimalında hakimiyyəti saxlayan "Ənsar-Alla” şiə hərəkatının (Husilər) döyüşçüləri Səudiyyə Ərəbistanının Cizan əyalətinin Şakik yaşayış məntəqəsində yerləşən elektrik stansiyasına raket zərbəsi endirib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Husilərin raket qoşunlarının nümayəndəsi "Al-Masira” telekanalına bildirib.

Səudiyyə Ərəbistanı və Yəməndə vuruşan ərəb koalisiyası hələ bu informasiyanı şərh etməyib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti