Xəzər Xəbər

Göldə çimənlər zəhərləndilər: 27 nəfər xəstəxanaya düşdü

Dünya | 16:23 • 19 İyun 2019
Göldə çimənlər zəhərləndilər:

Ukraynada göldə çimən təxminən 27 nəfər zəhərlənib.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətindən bildiriblər. Məlumata görə, hadisə Luqansk rayonunda Pesocni gölündə baş verib.

Bildirilir ki, kəskin qastroenterokolit diaqnozu ilə 22 uşaq olmaqla 27 nəfər tibb müəssisəsinə yerləşdirilib. Onların Pesoçnı gölündə "Malibu" çimərliyində istirahət etdikləri məlum olub.

Tibb müəssisəsinə müraciət edənlər hamısı göldə çimdikdən sonra özlərini yaxşı hiss etmədiklərini bildiriblər.

Hazırda polis faktla bağlı araşdırmaya başlayıb.

Xəbər lenti