Xəzər Xəbər

Sabiq Misir prezidenti gizli dəfn edildi

Dünya | 12:23 • 18 İyun 2019
Sabiq Misir prezidenti gizli dəfn edildi

Misirin demokratik yolla seçilən ilk prezidenti Məhəmməd Mursinin cənazəsi Qahirədə ciddi təhlükəsizlik tədbirləri altında yerli vaxtla saat 05:00-da dəfn edilib.

Mursinin cənazəsi Qahirənin şərqindəki Medinet Nasr səmtindəki Müsəlman Qardaşları mürşüdlərinin dəfn olunduğu məzarlıqda torpağa tapşırılıb.

Misir vaxtı ilə 05:00-da baş tutan dəfn prosesində Mursinin ailəsi və vəkillərindən savayı heç kim qatılmayıb.

Qeyd edək ki, hərbi çevrilişlə devrilən 67 yaşlı Məhəmməd Mursi məhkəmədə "casusluq” da ittihamı olunurdu. Sabiq prezident dünən məhkəmə salonunda vəfat edib.

Məhəmməd Mursi 2012-ci ildə demokratik yolla seçilən Misirin ilk prezidenti idi. O, 2013-cü ilin avqustun 3-də hərbçilər tərəfindən devrilib.

Xəbər lenti