Xəzər Xəbər

ABŞ mühacirlərin kütləvi deportasiyasına başlayır

Dünya | 11:25 • 18 İyun 2019
ABŞ mühacirlərin kütləvi deportasiyasına başlayır

ABŞ-ın miqrasiya və gömrük polisi gələn həftə milyonlarla qeyri-leqal miqrantların ölkədən deportasiya olunmasına başlayacaq.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bunu prezident Donald Tramp özünün "Twitter” səhifəsində bildirib.

"Gələn həftədən artıq polis Birləşmiş Ştatlar ərazisinə daxil olmuş milyonlarla qeyri-leqal əcnəbinin deportasiyasına başlayacaq. Onlar necə gəliblər, o tezliklə də çıxarılacaqlar”, – Tramp belə deyib.

Xəbər lenti