Xəzər Xəbər

Berdiməhəmmədov oğluna yüksək vəzifə verdi

Dünya | 10:55 • 18 İyun 2019
Berdiməhəmmədov oğluna yüksək vəzifə verdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı yüksək vəzifəyə təyin edib.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Sərdar Türkmənistanın mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin olunub.

Buna qədər o, 2019-cu ilin yanvarından bu günə qədər regionun qubernator müavini kimi fəaliyyət göstərib.

Prezidentin yeganə oğlu silahlı qüvvələrdə leytenant polkovnikdir.

O, 2016-cı ildə millət vəkili seçilib, 2018-ci ilin martında isə Xarici İşlər Nazirinin müavini postuna gətirilib.

Xəbər lenti