Xəzər Xəbər

İran nüvə silahına sahib olsa ABŞ-dan QORXUNC AÇIQLAMA

Dünya | 10:51 • 18 İyun 2019
İran nüvə silahına sahib olsa

"İranın nüvə silahına sahib olmaq şantajına dözüm göstərməyəcəyik. Nöqtə”.

Bunu ABŞ dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Mətbuat İrana nüvə razılaşmasındakı uranın zənginləşdirilməsi limitini aşmaması ilə bağlı xəbərdarlıq edib.

"Prezident tam da bu səbəbdən İran ilə əldə olunan nüvə razılaşmasının yerinə yeni və daha yaxşı bir razılaşma istəyir. Lakin İranın nüvə silahına sahib olmaq şantajına dözüm göstərməyəcəyik. Nöqtə. ABŞ hökuməti İranın bu istiqamətdə atacağı ən kiçik addıma maksimum sanksiyalar ilə cavab verəcək”,- Ortaqus jurnalistlərin məsələ ilə bağlı sualına cavab olaraq bildirib./publika.az

Xəbər lenti