Xəzər Xəbər

İranın bəyanatları nüvə şantajıdır Ağ Evdən AÇIQLAMA

Dünya | 10:39 • 18 İyun 2019
İranın bəyanatları nüvə şantajıdır

Uranın zənginləşdirilməsinin səviyyəsi haqqında İranın bəyanatları nüvə şantajıdır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Marki bildirib.

"Prezident Donald Tramp aydın bildirdi ki, o heç vaxt İrana nüvə silahını hazırlamağa icazə verməyəcək. Rejimin nüvə şantajına artırılmış beynəlxalq təzyiqlə cavab vermək lazımdır”, - Marki deyib.

Daha əvvəl İran Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, İran nüvə sazişiylə nəzərdə tutulmuş uranın zənginləşdirilməsinin səviyyəsi olan 3,67 faizi 1-2 gün ərzində keçməyə qadirdir. Onun sözlərinə görə, iyunun sonunda İran hökuməti az təmizlənmiş uran ehtiyatının nüvə sazişində nəzərdə tutulan 300 kiloqram həddini aşacaq.

Bəhruz Kamalvəndi söyləyib ki, rəsmi Tehran müəyyən edilmiş həddən 20 faiz artıq təmizlənmiş urana ehtiyac duyur.

Qeyd edək ki, İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Əhatəli Fəaliyyət Planına görə rəsmi Tehran təmizlənmiş uranın 300 kiloqram həddindən artıq həcmini xarici ölkələrə satmalıdır.

Ötən il ABŞ hökuməti İranı həmin sənədin şərtlərini pozmaqla nüvə silahlarına dair çalışmalara davam etməkdə qınayaraq razılaşmanı tərk etdiklərini açıqlamışdı. Bundan bir qədər sonra İran tərəfi də sözügedən sənədin bəzi müddəaları çərçivəsində öhdəliklərinin icrasını dayandırdıqlarını açıqlamışdı.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran nüvə sazişindən çıxış imkanına baxır. Onun sözlərinə görə, ölkə hakimiyyəti sonrakı hərəkətlərin variantlarını öyrənir və sazişdən çıxış bu variantlardan biridir./publika.az

Xəbər lenti