Xəzər Xəbər

Tramp: "Əkiz qüllələrə kimin hücum etdiyini bilirəm"

Dünya | 09:37 • 18 İyun 2019
Tramp: "Əkiz qüllələrə kimin hücum etdiyini bilirəm"

"11 sentyabr 2001-ci il hadisələrini törədənlər başqaları idi və zənn edirəm ki, onların kim olduğunu bilirəm”.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

"ABC News”a müsahibə verən prezident 2001-ci ildə Nyu-Yorkdakı "Əkiz qüllələr"ə və Vircinia ştatındakı ABŞ Müdafiə Nazirliyinin mərkəzinə kamikadze hücumlarının arxasında İraq olmadığını qeyd edib.

Tramp, həmçinin, bildirib ki, bu hadisələrin bəhanəsi ilə Yaxın Şərqə hərbi müdaxilə etmək ABŞ tarixinin ən pis qərarı olub. Bölgənin bataqlığa çevrildiyini deyən prezident əlavə edib ki, Yaxın Şərqə getmək qorxunc qərar olub.

Qeyd edək ki, 11 sentyabt hadisələrini Əl-Qaidə terror təşkilatının təşkil etdiyi ehtimal olunur. Hadisələr zamanı 3 min insan həlak olmuşdu./publika.az

Xəbər lenti