Xəzər Xəbər

Saakaşvili Ali Radanı Kiyevdən köçürməyi təklif etdi

Dünya | 10:28 • 17 İyun 2019
Saakaşvili Ali Radanı Kiyevdən köçürməyi təklif etdi

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ali Radanı (parlament) Kiyevdən köçürməyi təklif edib.

O, bu haqda "112 Ukrayna” telekanalının efirində bildirib.

Saakaşvili nümunə olaraq gürcü parlamentinin köçürüldüyü Kutaisi şəhərini göstərib. Onun fikrncə, "hər şeyi təmiz vərəqdən başlamaq üçün” Ali Radanın binasını Ukrayna paytaxtının hüdudlarından çıxarmaq lazımdır.

Qeyd edək ki, iyunun 13-də Saakaşvili və onun "Yeni güclərin hərəkatı” partiyasının Ali Radaya seçkilərdə iştirak edəcəyi məlum olub. Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıdıb. Bir gün əvvəl isə prezident Vladimir Zelenski ona vətəndaşlığı qaytarıb. Siyasətçi 2017-ci ildə keçmiş prezident Petro Poroşenkonun imzaladığı fərmanla Ukrayna vətəndaşlığından məhrum edilmişdi./publika.az

Xəbər lenti