Xəzər Xəbər

“Bavariya” “Borussiya” ilə razılığa gəldi Hummels satılır

Dünya | 16:28 • 16 İyun 2019
“Bavariya” “Borussiya” ilə razılığa gəldi

Dortmundun "Borussiya” klubunun rəhbərliyi Münhenin "Bavariya” komandasınınmərkəzi müdafiəçisi Mats Hummelsin transferi ilə bağlı razılığa gəlib.

Bu barədə "Bild”məlumat verir.

30 yaşlı oyunçunun transferi "Borussiya”ya 20 milyon avroya başa gələcək. Müdafiəçi artıq klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

M.Hummels "Bavariya”nın yetirməsidir. O, münhenlilərin əsas komandasının tərkibində 2007-ci ildə çıxış etməyə başlayıb. 2007/08 mövsümünün ortasında "Borussiya”ya keçmiş, 2016-cı ilin yayında isə yenidən "Bavariya”ya qayıtmışdı.

Alman futbolçu 2018/19 mövsümündə Münhen komandasına Almaniya Bundesliqasının çempionu olmağa, eləcə də ölkəKuboku və Superkubokunu qazanmağa kömək etmişdi.

Xəbər lenti