Xəzər Xəbər

Yeni Zelandiyada iki təyyarə toqquşdu ÖLƏNLƏR VAR

Dünya | 15:44 • 16 İyun 2019
Yeni Zelandiyada iki təyyarə toqquşdu

Yeni Zelandiyada yüngülmühərrikli iki təyyarə toqquşub.

Bu barədə ölkənin hüquq-mühafizə orqanlarının saytı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Masterton səmasında baş verib. Qəza zamanı 2 nəfər ölüb. Hadisə nəticəsində hər iki təyyarə alova bürünüb.

Məlumatda qeyd edilir ki, hadisə yerinə güc strukturlarının qüvvələri göndərilib, qəzanın baş verdiyi əraziyə aparan yollar bağlanıb. Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsinin və Nəqliyyat Hadisələrinin Araşdırılması Komissiyasının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırmaq üçün əraziyə cəlb ediliblər.(Report)

Xəbər lenti