Xəzər Xəbər

Simeone evləndi

Dünya | 14:52 • 16 İyun 2019
Simeone evləndi

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone ailə həyatı qurub.

49 yaşlı argentinalı mütəxəssis bir müddətdir sevgili olduğu Karla Pereyra ilə evlənib. Nikah mərasimi iyunun 14-də Argentinanın paytaxtı Buenes-Ayresdə keçirilib. Tədbirdə cütlüyün yaxınları və dostları iştirak edib.

Qeyd edək ki, Simeone ilə Pereyra 2014-cü ildə Madriddə tanış olublar. Onların iki qızı var. Simeonenin ilk həyat yoldaşından isə 3 oğlu var.(Qol.az)

Xəbər lenti