Xəzər Xəbər

Çin Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını artırır

Dünya | 13:34 • 15 İyun 2019
Çin Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını artırır

Çin Rusiya ilə kənd təsərrüfatı sahəsində bütün istehsal sahələri üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bunu Çin Xalq Respublikası Sədrinin müavini Van Tsişan deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər yeni imkanlarla üz-üzədir və bu, Çin-Rusiya münasibətlərini daha yüksək səviyyədə inkişaf etdirməyə imkan verir:

"Çin Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını mərhələli şəkildə artırmağa və kənd təsərrüfatı sahəsində bütün istehsal sahələri üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırdır”. (Trend)

Xəbər lenti