Xəzər Xəbər

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

Dünya | 09:27 • 15 İyun 2019
Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

Berlinin Aleksanderplats meydanı yaxınlığında inşaat işləri zamanı İkinci Dünya müharibəsinə aid bomba aşkar edilib. Bununla əlaqədar şəhərdə azı 3 min nəfər təxliyə olunub. Bu barədə RBB teleradiostansiyası polisə istinadla məlumat yayıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, çəkisi 100 kiloqram olan bomba zərərsizləşdirilib.


İkinci Dünya müharibəsinin sonunda Hitler Almaniyasına 2 milyondan çox müxtəlif ölçüdə bomba atılıb. Onların 20 faizindən çoxu partlamayıb. Ona görə də yol örtüyü işlərində və yeni binaların təməli qoyulanda bombalar aşkar olunur və zərərsizləşdirilir.


İndiyədək ən kütləvi təxliyə 2017-ci ilin sentyabr ayında Frankfurtda olub. O zaman bombanın zərərsizləşdirilməsi üçün 60 min insan təxliyə edilib.

Xəbər lenti