Xəzər Xəbər

Hindistanda bu meyvədən yeyən 53 uşaq öldü

Dünya | 14:58 • 14 İyun 2019
Hindistanda bu meyvədən yeyən 53 uşaq öldü

Hindistanın Bihar ştatında son on gün ərzində 53 uşaq dünyasını dəyişib.

"Qafqazinfo” "Regnum” informasiya agentliyinə istinadən xəbər verir ki, ilkin ehtimala görə, uşaqların vəfat etməsinə səbəb onların liçi meyvəsi yeməsi olub.

Həkimlər qeyd edir ki, zərər çəkən bütün uşaqlar vəfat etməzdən bir neçə saat əvvəl, tərkibində toksik maddələr ola biləcək, sözügedən meyvədən yeyib.

Məlumata görə, hazırda 40 uşaq da eyni simptomla reanimasiyaya yerləşdirilib.

Xəbər lenti