Xəzər Xəbər

Hindistanda qəzaya uğrayan An-32 təyyarəsinin "qara qutu"su tapılıb

Dünya | 14:25 • 14 İyun 2019
Hindistanda qəzaya uğrayan An-32 təyyarəsinin "qara qutu"su tapılıb

Hindistan hərbi hava qüvvələrinə məxsus qəzaya uğramış An-32 təyyarəsinin "qara qutu"su tapılıb.


Xezerxeber.az Hindistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi hava qüvvələri məlumat yayıb. Məlumatda bildirilir ki, "qara qutu"dakı məlumatlar öyrənildikdən sonra təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri məlum olacaq.


Hazırda qəza yerində böyük ehtimalla ölmüş ekipaj üzvlərinin və sərnişinlərin cəsədlərinin tapılması istiqamətində iş davam etdirilir. Çətin relyef və pis hava səbəbindən axtarış işləri ləng gedir.


Qeyd edək ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də havaya qalxdıqdan 35 dəqiqə sonra radarlardan itib. İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər - səkkiz ekipaj üzvü və beş sərnişin olub. Təyyarənin qalıqları iyunun 11-də Lipo yaşayış məntəqəsindən 16 kilometr şimalda dəniz səviyyəsindən 3,5 min kilometr hündürlükdə aşkarlanıb.

Xəbər lenti