Xəzər Xəbər

İran və Çin lideri arasında görüş olub

Dünya | 14:23 • 14 İyun 2019
İran və Çin lideri arasında görüş olub

İran və Çin lideri arasında görüş olub.


APA-nın "Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani və Si Cinpin arasında görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 19-cu zirvə toplantısı çərçivəsində baş tutub.


"ABŞ hökumətinin İran, Çin və digər ölkələrə qarşı təzyiqləri Asiya regionunda və dünyada hökmranlığı ələ almağa yönəlib. İran və Çinin ABŞ-ın təktərəfli siyasətinə qarşı mübarizəsi hər iki ölkənin, Asiya regionun və ümumilikdə dünyanın marağına uyğundur. İran xalqı sübut edib ki, xarici təzyiqlər onu sarsıtmır, əksinə birləşdirir və daha dözümlü edir”,- deyə H.Ruhani görüş zamanı bildirib.

Çinin sədri S.Cinpin isə ölkəsinin İranla regional və beynəlxalq səviyyədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.

Xəbər lenti