Xəzər Xəbər

Suriyada Türkiyə ordusunun 3 hərbçisi yaralanıb

Dünya | 16:52 • 13 İyun 2019
Suriyada Türkiyə ordusunun 3 hərbçisi yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində yerləşən hərbi birləşmələrinin müşahidə məntəqəsi raket atəşinə tutulub.


Xezerxeber.az xəbər verir ki, atəş nəticəsində Türkiyə hərbiçilərindən üçü yüngül yaralanıb.


Xarici İşlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan-İv Lö Drian ilə Ankarada keçirdiyi mətbuat konfrnasında bildirib ki, hücümlar davam edərsə, Türkiyə tərəfi atəş nöqtələrinə zərbə vuracaq.


Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytının "Twitter” səhifəsində yer alan məlumata görə, atəş Suriya hakimiyyətinə məxsus birləşmələrin nəzarət etdiyi ərazidən açılıb.

Xəbər lenti